Ötən üç sutka ərzində Mosulu 5 mindən çox yerli sakin tərk edib
Digər ölkələr
- 20 oktyabr, 2016
- 17:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 oktyabr. REPORT.AZ/ Ötən üç gün ərzində 5 min 500-dən çox Mosul sakini öz evini tərk etmək məcburiyyətində qalıb. Onların əksəriyyəti mühasirədə olan şəhərdən son 24 saat ərzində qaçıb.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.
Mosulun İŞİD terrorçularından təmizlənməsi üzrə yerüstü hərbi əməliyyata oktyabrın 17-si səhər saatlarından başlanıb. Əməliyyatda İraq ordusu ilə yanaşı kürd birləşmələri və beynəlxalq anti-terror koalisiyası da iştirak edir.
Əhalisi 1,3 milyon nəfər olan və Bağdaddan sonra İraqın ikinci ən böyük şəhəri sayılan Mosul iki ildən artıqdır ki, İŞİD-in nəzarəti altındadır.
Son xəbərlər
08:04
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Energetika
07:46
Britaniya Çernobıl AES-in təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq ayırıb
Digər ölkələr
07:18
ABŞ-nin səkkiz ştatı OpenAI şirkətinə qarşı iddia qaldırıb
Digər ölkələr
06:50
Şimali Koreya iki növ sualtı qayıqdan atılan strateji kruiz raketlərini sınaqdan keçirib
Digər ölkələr
06:17
ABŞ Avropaya Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib
Digər ölkələr
05:52
Mbappe Çempionlar Liqasının tarixində ən yaxşı bombardirlər arasında beşinci yerə yüksəlib
Futbol
05:21
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
Digər ölkələr
04:38
Azərbaycan BMT-ni mina təhlükəsi və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlamağa çağırıb
Xarici siyasət
04:10
Foto
Tiranada etirazların miqyası böyüyür, tələbələr nazirliklərə hücum ediblər – yenilənib
Digər ölkələr