Ötən il yoxa çıxan Malayziya təyyarəsinin qalığı tapılıb

Ötən il yoxa çıxan Malayziya təyyarəsinin qalığı tapılıb Malayziyanın baş naziri Nəcib Rezak keçirdiyi mətbuat konfransında məlumatı təsdiqləyib
Digər ölkələr
6 Avqust , 2015 12:58
Ötən il yoxa çıxan Malayziya təyyarəsinin qalığı tapılıb

Bakı. 6 avqust. REPORT.AZ/ Hind okeanının Fransaya aid Reynion adasında təyyarə qanadının qalığı tapılıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, qalığın keçən ilin martında yoxa çıxan Malaziya Hava Yollarına məxsus MH370 reysinə aid "Boeing 777" tipli təyyarəyə aid olduğu açıqlanıb.

Malayziyanın baş naziri Nəcib Rezak keçirdiyi mətbuat konfransında məlumatı təsdiqləyib: "Təəssüf hissi ilə qeyd edim ki, beynəlxalq ekspertlər tapılan təyyarə qanadının yoxa çıxan MH370 reysinə aid olduğunu təsdiq ediblər. Bu da yoxa çıxan təyyarənin Cənubi Hind Okeanına düşdüyünü sübut edir".

Xatırladaq ki, ötən həftə adada aşkar olunan iki metrlik təyyarə qanadının qalığı araşdırılmaq üçün Fransaya göndərilmişdi. 

Ötən ilin martın 8-də Malaziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq hava limanından səmaya qalxaraq MH370 reysi ilə Pekinə uçan təyyarə uçuşun 2-ci saatında radarlardan itmişdi. Yoxa çıxan təyyarədə 227 sərnişin və 12 nəfər heyət üzvü olub. 

Son xəbərlər

Orphus sistemi