Ötən il Almaniyada məscidlərə və müsəlmanlara azı 950 dəfə hücum olub
Digər ölkələr
- 03 mart, 2018
- 13:43
Bakı. 3 mart. REPORT.AZ/ Ötən il Almaniyada məscidlərə və müsəlmanlara azı 950 dəfə hücum olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi Sol Partiyanın parlamentdəki fraksiyasının sorğusunu cavablandırarkən bildirib.
Bu hücumlar nəticəsində 33 nəfər xəsarət alıb. 60 hücum faktında məscid və islama aid başqa müəssisələr təhqir edilib. Cinayətlərin hamısını, demək olar ki, sağ yönlü ekstremistlər törədib.
Almaniya Mərkəzi Müsəlmanlar Şurasının sədri Ayman Mazek deyib ki, rəsmi statistika törədilən hüquq pozuntularının hamısını əks etdirmir.
2017-ci ilin məlumatına əsasən, Almaniyada daimi əsasla 4,7 milyon müsəlman yaşayır. Bu isə ölkə əhalisinin 5 faizini təşkil edir.
Son xəbərlər
18:21
Gürcüstan hökumətində yeni vəzifə yaradılır
Region18:19
Sulxan Tamazaşvili Gürcüstanın daxili işlər naziri təyin edilib
Region18:14
Geka Geladze Gürcüstan DTX-nin rəhbəri vəzifəsini icra edəcək
Region18:13
Foto
Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Biznes18:06
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
Region18:03
Papikyan Gürcüstanda rəsmi səfərdədir
Region17:50
Foto
Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun iclası olub
Biznes17:48
Xorvatiya Bakı və İrəvan arasındakı sülh təşəbbüslərini dəstəkləməyə hazırdır - EKSKLÜZİV
Xarici siyasət17:44