Bakı. 13 yanvar. REPORT.AZ/ "Fransada, eləcə də onun sərhədlərindən kənarda terror təhlükəsi qalmaqdadır".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland yanvarın 7-də baş vermiş terror nəticəsində həlak olmuş şəxslərin xatirəsinə həsr edilən mərasimdəki çıxışında deyib.
"Terror təhlükəsi bəzən bizdən uzaqlarda da olsa var. Bu təhlükə ölkəmiz ərazisində də qalmaqdadır. Biz sayıq olmalıyıq", - o vurğulayıb.
Mərasim Paris perfekturasının polis idarəsində keçirilib. Yanvarın 7-dəki terror hadisəsi nəticəsində ölən polislər Fransanın ali mükafatına - "Fransanın Fəxri legionu" ordeninə layiq görülüblər.
Xatırladaq ki, hadisə nəticəsində polis əməkdaşları - Klaris Jan-Filipp, Frank Brensolaro, Əhməd Merabe ölüb.