ABŞ-ın Dəniz Piyada Qoşununun hərbi qulluqçusu güllələnib

ABŞ-ın Dəniz Piyada Qoşununun hərbi qulluqçusu güllələnib Bakı. 2 yanvar. REPORT.AZ/ Vaşinqtonda kazarma ərazisində ABŞ-ın Dəniz Piyada Qoşunu Korpusunun hərbi qulluqçusu güllələnib.
Digər ölkələr
2 Yanvar , 2019 03:24
ABŞ-ın Dəniz Piyada Qoşununun hərbi qulluqçusu güllələnib

Bakı. 2 yanvar. REPORT.AZ/ Vaşinqtonda kazarma ərazisində ABŞ-ın Dəniz Piyada Qoşunu Korpusunun hərbi qulluqçusu güllələnib.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Vaşinqtonun Dəniz Piyada Qoşunu kazarmasının polkovniki Don Tomiç bildirib ki, məmurlar "bu çətin vaxtda" güllələnin ailəsinin və dostlarının qayğısına qalırlar.

Açıqlamada dəniz piyadasının ölümü təsdiq edilir. Amma öldürülən şəxsin yaşı, təyinatı və atışmanın hansı binada olması barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi