ABŞ-nin Ohayo ştatının Klermon dairəsindən olan 33 yaşlı Çed Derman üç oğlunu öldürməkdə özünü təqsirli bilib.
“Report”
O, qaçmağa cəhd etməmişdi: polis onu evin eyvanında əlində silahla oğlanların cəsədlərinin yanında yaxalamışdı. Məhkəmə qətlin motivlərini müəyyən edə bilməyib. Bu yaxınlaradək Derman suallara cavab verməkdən və günahını etiraf etməkdən imtina edirdi.
Lakin yekunda o, istintaqla razılığa gələrək edam hökmündən yayına bilib. Günahını etiraf etdikdən sonra Derman vaxtından əvvəl azad olunmaq hüququ olmadan üç ömürlük həbs cəzasına məhkum edilib. Hökmün elan edilməsindən sonra prokuror uşaq qatilin “həbsxanada öləcəyini” hayqırıb.