​Obama Ukraynaya silah tədarükü haqqında qanun layihəsinə veto qoyub

​Obama Ukraynaya silah tədarükü haqqında qanun layihəsinə veto qoyub Respublikaçıların prezidentin vetosunu dəf etmək üçün kifayət qədər səs çoxluğu yoxdur
Digər ölkələr
23 Oktyabr , 2015 03:47
​Obama Ukraynaya silah tədarükü haqqında qanun layihəsinə veto qoyub

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama, gözlənildiyi kimi, 2016-cı il üçün ölkənin müdafiə büdcəsi layihəsinə cümə axşamı veto qoyub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.

Sənəd bundan əvvəl Konqresin hər iki palatası tərəfindən qəbul edilmişdi, lakin dövlət başçısı ardınca dərhal onu imzalamayacağını bildirmişdi. Çünki sənəd gələn maliyyə ilində Konqresdə iki partiya arasında daha geniş büdcə razılaşmaları əldə olunmadan hərbi xərclərin təxminən 90 milyard dollar həcmində artımını nəzərdə tutur.

ABŞ Konqresinin hər iki palatasına nəzarət edən respublikaçıların prezidentin vetosunu dəf etmək üçün kifayət qədər səs çoxluğu yoxdur. Belə olan halda, prezidentin vetosundan sonra büdcə üzrə məsləhətləşmələr yenidən bərpa olunmalıdır.

Qanun layihəsi həm də, 612 milyard dollarlıq ümumi büdcə xərclərindən hərbi silah, döyüş sursatları, pilotsuz apparatlar, tank əleyhinə silahlar və minaatanlar da daxil olmaqla hərbi və kəşfiyyat sahəsində Ukraynaya 300 milyon dollar həcmində yardım ayrılmasını nəzərdə tuturdu.

Son xəbərlər

Orphus sistemi