Yuxarı
    Bağlamaq

    Nyu-Yorkda maşını insan izdihamının üstünə sürən sürücü ruhi xəstə olub

    Riçard Roxas bir həftə əvvəl şəxsiyyətini oğurlamaqda ittiham etdiyi notariusa bıçaqla hücum etdiyinə görə həbs olunub© Reuters

    Bakı. 19 may. REPORT.AZ/ Nyu-Yorkun mərkəzində Tayms-skverdə avtomobili piyadaların üstünə sürən və 18 yaşlı qızın ölümünə, 22 nəfərin isə yaralanmasına səbəbkar olan şəxs terrorçu olmayıb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, onun psixi problemləri var.

    İnsan izdihamının üstünə hərəkət edən avtomobil aşdıqdan sonra sürücü, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş əməkdaşı 26 yaşlı Riçard Roxas əl-qolunu yelləyərək qışqıra-qışqıra hadisə yerindən qaçmağa çalışıb. Daha sonra o, polisə "səslər eşitdiyini" və öləcəyini düşündüyünü bildirib. Odur ki, hüquq-mühafizə orqanları R.Roxasın ruhi xəstə olduğunu düşünür.

    R.Roxasın alkoqol testi mənfi nəticə verib, amma narkotik maddələrin qəbuluna dair daha ətraflı testin cavabı hələ hazır deyil.

    Məlum olub ki, R.Roxas bir həftə əvvəl şəxsiyyətini oğurlamaqda ittiham etdiyi notariusa bıçaqla hücum etdiyinə görə həbs olunub. O, həmçinin 2008-ci və 2015-ci illərdə sərxoş vəziyyətdə avtomobil etdiyinə görə həbs edilib.

    Ona qarşı adam öldürmək maddəsi ilə cinayət işi açılıb.

    Xatırladaq ki, mayın 18-də gündüz vaxtı qırmızı "Honda"nı idarə edən şəxs Tayms-skverdə avtomobilini insan izdihamının üstünə sürüb. Şahidlərin sözlərinə görə, sürücü qəsdən belə edib. Hadisə nəticəsində Miçiqandan olan 18 yaşlı qız həlak olub, daha 22 nəfər, o cümlədən ölən qızın 13 yaşlı bacısı yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi