Nyu-Dehlidəki iğtişaşlarda ölənlərin sayı artır

Digər ölkələr
  • 26 fevral, 2020
  • 08:59
Nyu-Dehlidəki iğtişaşlarda ölənlərin sayı artır
ria.ru

Nyu-Dehlidə fevralın 24-dən başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı 20-yə çatıb, 150-dən çox xəsarət alan var.

“Report” NDTV-yə istinadən xəbər verir ki, ötən gecə Baş nazirin milli təhlükəsizlik müşaviri Ədcit Doval paytaxtda iğtişaşların daha çox baş verdiyi şimal-şərq bölgəsi polisinin ofisində təcili müşavirə keçirib. Belə ki, polis rəhbərliyi vəziyyəti nizamlamaq iqtidarında olduğunu və hərbçilərin şəhərə yeridilməsinə ehtiyac olmadığını bildirsə də, bəzi KİV-lər hökumətin şəhərə hərbi hissələr yeridəcəyini istisna etmir.

Xatırladaq ki, paytaxtda fevralın 24-dən yeni vətəndaşlıq qanununun tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verir.

Hindistan parlamentinin vətəndaşlıq qanununa qəbul etdiyi düzəlişlərə əsasən, qonşu Əfqanıstan, Pakistan və Banqladeşdən təzyiqlərdən qaçaraq Hindistana pənah gətirən qeyri-müsəlmanları vətəndaşlığa qəbul etmək üçün sadələşdirilmiş qayda tətbiq olunacaq. Bu qanun Hindistan müsəlmanları arasında narazılığa səbəb olub.

44 - Tezliklə