Norveç kralı xəstəxanaya yerləşdirilib
Digər ölkələr
- 25 sentyabr, 2020
- 11:47
Norveç kralı V Harald bu gün səhər ambulansla xəstəxanaya çatdırılıb.
“Report” “Express”ə istinadən xəbər verir ki, məlumatı Krallıq Məhkəməsi də təsdiqləyib.
Bildirilib ki, 83 yaşlı dövlət başçısında başgicəllənmə müşahidə olunub: “Onda ciddi bir xəstəlik aşkarlanmayıb. Kralın həftəsonunadək xəstəxanadan buraxılacağı gözlənilir. Əlahəzrət iki həftəlik müddətə səlahiyyətlərini dayandırır. Bu müddət ərzində onun səlahiyyətlərini vəliəhd şahzadə Haakon yerinə yetirəcək”.
Baş nazir Erna Solberq də kralın tezliklə sağalmasını diləyib.
Qeyd edək ki, ötən ilin dekabr ayında kral Harald xəstəxanaya yerləşdirilmiş, yanvarın 15-də isə evə buraxılmışdı.
Son xəbərlər
20:55
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Xarici siyasət20:49
Foto
İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır
Daxili siyasət20:40
Tramp, Frederiksen və Nilsen Qrenlandiya üzrə saziş imzalayıblar
Digər ölkələr20:32
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - YENİLƏNİB
İnfrastruktur20:31
Türkiyə Prezidenti Ermənistanla münasibətlərin normallaşması barədə danışıb
Region20:28
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyirik
Region20:26
Avstriya XİN-də Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub
Xarici siyasət20:25
Azərbaycan Bolqarıstana neft satışını 4.5 dəfədən çox artırıb
Energetika20:12