Yuxarı
    Bağlamaq

    Nigeriyada 5 terrorçu kamikadze partlayış törədib: ölənlər var

    Polis terror aktının Boko haram terror qruplaşması tərəfindən həyata keçirildiyini bildirib

    Bakı. 10 yanvar. REPORT.AZ/ Nigeriyada 5 terrorçu kamikadze özlərini partladıb.

    "Report" "MIG News"a istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Maçduqur şəhərində qeydə alınıb.

    Məlumata görə, terror aktı hərbi buraxılış məntəqəsində baş verib. Polis rəisinin müavini Viktor İzuku bildirib ki, 3 terrorçu kamikadzenin özünü partlatması nəticəsində zı 3 nəfər həlak olub. Ölənlərin əsasən mülki sakinlər olduğu bildirilir.

    İki saat sonra isə başqa bir ərazidə 2 qadın kamikadze özünü partladıb. Partlayış zamanı daha 2 mülki sakin həlak olub.

    Polis terror aktının "Boko haram" terror qruplaşması tərəfindən həyata keçirildiyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi