Niderland krallığında parlament seçkilərində ultrasağ yönlü Azadlıq Partiyası qalib gəlib.
“Report” xəbər verir ki, məlumatı “eurointegration.com” yayıb.
Bildirilib ki, səslərin 98 faizi sayılıb. Azadlıq Partiyası parlamentdə 37 yer qazanıb. Bu exit-poll-un ehtimalından iki dəfə çoxdur. Azadlıq Partiyası hazırkından 20 yer artıq əldə edib.
Məlumata görə, siyasi təşkilatın lideri Gert Vilders Ukraynaya silah tədarükünə qarşı çıxış ilə də tanınır.