Qəzzaya zərbələr Netanyahunun işi üzrə iclasın təxirə düşməsinə səbəb olub
Digər ölkələr
- 18 mart, 2025
- 11:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsraildə məhkəmə Qəzza zolağında döyüş əməliyyatlarının yenidən başlaması səbəbindən ölkənin Baş naziri Benyamin Netanyahuya qarşı planlaşdırılan iclasını ləğv edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.
Baş nazir baş prokurorluğun razılığı ilə müvafiq vəsatət təqdim edib və məhkəmə tərəfindən təmin olunub. Planlaşdırılan iclasda məhkəmənin baş nazirin ifadələrini dinləyəcəyi gözlənilirdi.
Martın 18-də İsrail Ordusu Qəzza zolağında HƏMAS-a məxsus terror obyektlərinə genişmiqyaslı zərbələr endirdiyini bildirib. Netanyahunun ofisi İsrailin anklavın ərazisində HƏMAS-a qarşı hərbi əməliyyatları yenidən başlatdığını bəyan edib.
Son xəbərlər
07:41
"Yonhap": KXDR Yapon dənizinə naməlum mərmi atıb
Digər ölkələr
07:19
Haiti Salvadorla birlikdə silahlı dəstələrə qarşı genişmiqyaslı əməliyyata başlayıb
Digər ölkələr
06:53
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
Digər ölkələr
06:35
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir – Yenilənir
Digər ölkələr
06:25
"Politico": AK Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı "ehtiyatlı" plan hazırlayır
Digər ölkələr
06:09
Tramp: Rusiya və Ukrayna razılaşmaya yaxındır
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr