İsrail humanitar fasilə bitən kimi Qəzza sektorunda hərbi əməliyyatları bərpa edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
“Son bir həftə ərzində böyük uğur əldə etdik – girov götürülmüş onlarla vətəndaşımızın geri qaytarılmasına nail olduq. Bir həftə əvvəl bunu təsəvvür etmək qeyri-mümkün görünə bilərdi, lakin biz buna nail olduq. Bununla yanaşı, son günlər tez-tez girovların qaytarılmasının bu mərhələsi başa çatdıqdan sonra İsrailin döyüşə qayıdıb-qayıtmayacağı ilə bağlı sual eşidirəm. Bunun cavabı birmənalı olaraq “hə”dir”, - B.Netanyahu deyib.
Xatırladaq ki, oktyabrın 7-si səhər tezdən Qəzza zolağından İsrail ərazisinə raket hücumları başlayıb. İsrail ordusu dərhal müharibə hazırlığı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin müharibə vəziyyətinə daxil olduğunu elan edib. Əməliyyat “Dəmir qılınclar” adı alıb.