“Rusiya Prezidenti Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”.
“Report” xəbər verir ki, bunu Avstriyanın Avropa İttifaqı və hökumətdə konstitusiya işləri üzrə naziri Karoline Edtştadler “Tagesspiegel”ə müsahibəsində bildirib.
O deyib ki, Avstriya beynəlxalq hüquqa dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək: “Mən mülki məsələlər üzrə cinayət işləri üzrə hakimi olmuşam. Həbs qərarının Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilməsi o deməkdir ki, əgər Rusiya Prezidenti Vladimir Putin Avstriya torpağına ayaq basarsa, həbs edilməlidir”.
Qeyd edək ki, bu il martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi V.Putinin həbsinə order verib. Buna cavab olaraq Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Haaqa Məhkəməsinə raket zərbəsi endirməklə hədələyib.