NATO Ukraynaya kömək üçün Almaniyada komandanlıq yaratmağı planlaşdırır

NATO Ukraynaya kömək üçün Almaniyada komandanlıq yaratmağı planlaşdırır NATO Ukraynaya kömək etmək üçün Almaniyada komandanlıq yaratmağı planlaşdırır.
Digər ölkələr
9 İyul , 2024 04:52
NATO Ukraynaya kömək üçün Almaniyada komandanlıq yaratmağı planlaşdırır

NATO Ukraynaya kömək etmək üçün Almaniyada komandanlıq yaratmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Sammitdə müttəfiqlər Ukraynanı dəstəkləmək üçün yeni addımlar atacaqlarını elan edəcəklər. Müttəfiqlər Almaniyada NATO-nun hərbi komandanlığını yaradacaqlar ki, bu Ukraynaya gələcəkdə öz qüvvələrini inkişaf etdirməyə kömək edəcək", - Karpenter bildirib.

Onun sözlərinə görə, sammitdə həmçinin 2025-ci ildə Ukraynaya 40 milyard avro hərbi yardımın ayrılması və Ukraynanın hava hücumundan müdafiə sisteminin “gücləndirilməsi üçün yeni addımlar” elan ediləcək.

Qeyd edək ki, iyulun 9-dan 11-dək Vaşinqtonda 1949-cu ildə Şimali Atlantika Müqaviləsi imzalanmasının 75-ci ildönümü şərəfinə NATO-nun sammiti keçiriləcək.

Son xəbərlər

Orphus sistemi