NATO: “Şimali Koreya Rusiyaya raketlərlə kömək edir”

NATO: “Şimali Koreya Rusiyaya raketlərlə kömək edir” “Şimali Koreya Rusiyaya raketlərlə kömək edir”.
Digər ölkələr
30 Yanvar , 2023 17:32
NATO: “Şimali Koreya Rusiyaya raketlərlə kömək edir”

“Şimali Koreya Rusiyaya raketlərlə kömək edir”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Seuldakı CHEY Təkmilləşdirmə İnstitutunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şimali Koreya Rusiyaya yardım edir: “Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibədə məqsədlərinin dəyişməsinə dair hansısa əlamət yoxdur. Əksinə, Rusiya yeni hücuma hazırlaşır. Bu gün heç kim müharibənin nə vaxt bitəcəyini deyə bilməz. Amma dəqiq bildiyim odur ki, Putin Avropanın suveren demokratik dövlətini işğal etmək qərarına gəlib. O, istəsə, müharibəni bu gün bitərə bilər. Ancaq bunu istəmir”.

Y.Stoltenberq bildirib ki, Rusiya fəal şəkildə silahlanır: “Rusiya İran və Şimali Koreya kimi digər avtoritar dövlətlərin dəstəyi sayəsində öz silah arsenalını artırır. Beləliklə, biz uzunmüddətli savaşa hazır olmalıyıq. Putinin qalib gəlməsinin qarşısını almaq lazımdır. Bu, təkcə Ukraynaya yox, bütün sivil dünyaya lazımdır. Buna görə də Ukraynanı dəstəkləməyə davam etməyimiz çox vacibdir”.

Baş katib vurğulayıb ki, Kiyevə dəstək davam etməlidir: “Nə qədər ki, Putin döyüş meydanında qalib gələcəyinə inanır, o, danışıqlar masası arxasına əyləşməyəcək. Deməli, Ukraynaya hərbi dəstək müharibənin sülh yolu ilə həllinə nail olmaq üçün ən yaxşı yoldur”.

Qeyd edək ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun və Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya səfərbərliyin ikinci dalğasına hazırlaşır.

Xatırladaq ki, Ukraynada müharibə ötən il fevralın 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi