NATO Baltik dənizi regionunda təlimlər keçirəcək
Digər ölkələr
- 04 iyun, 2022
- 13:56
Baltik dənizi regionunda iyunun 5-dən 17-dək ənənəvi “Baltops” hərbi təlimləri keçiriləcək.
“Report” Latviya KİV-inə istinadən xəbər verir ki, təlimlər Stokholmda başlayacaq, daha sonra Baltik dənizində və regionun hava məkanında davam etdiriləcək.
Hərbi manevrlərdə NATO-nun 14 üzv ölkəsi - ABŞ, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Fransa, Almaniya, Latviya, Litva, Böyük Britaniya, Niderland, Norveç, Polşa və Türkiyə, habelə Alyansın tərəfdaşları olan İsveç və Finlandiya iştirak edəcək.
Təlimlərə 4 mindən çox hərbçi, həmçinin dəniz desantı, 60-dan çox təyyarə və 40 gəmi cəlb ediləcək. Manevrlərin gedişində Baltik regionunda kollektiv müdafiənin təmin edilməsi işlənəcək.
Təlimlərə Almaniyada yekun vurulacaq.
Son xəbərlər
14:18
Məhəmməd Rza Aref İranla ABŞ-nin anlaşması üçün Tehranın şərtlərini açıqlayıb
Digər ölkələr14:15
Cey Di Vens İslamabadda Şahbaz Şəriflə danışıqlar aparır
Digər ölkələr14:10
İrandan Azərbaycana indiyədək 3 439 nəfər təxliyə olunub
Daxili siyasət13:59
Türkiyə parlamentinin keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib
Region13:54
Ötən gün 40 kiloqramdan çox narkotik aşkarlanıb
Hadisə13:31
İran nümayəndə heyəti İslamabadda Şahbaz Şəriflə danışıqlar aparıb
Digər ölkələr13:30
Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb
Digər ölkələr13:26
Foto
Keşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır
Daxili siyasət13:15