Myanmada torpaq sürüşməsi: 17 nəfər ölüb

Digər ölkələr
  • 13 oktyabr, 2015
  • 05:18
Myanmada torpaq sürüşməsi: 17 nəfər ölüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Myanmada baş verən torpaq sürüşməsi nəticəsində 17 nəfər ölüb, 6 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" məlumat yayıb. 

Məlumata görə, Kaya ştatında baş verən sürüşmə nəticəsində 60 ev torpaq altında qalıb.