Myanma xuntasının lideri: Silahlı təşkilatlar problemləri “siyasi yolla” həll etməlidir

Myanma xuntasının lideri: Silahlı təşkilatlar problemləri “siyasi yolla” həll etməlidir Myanma xuntasının lideri Min Aun Hlayn ölkə ordusuna həmlələrdə iştirak edən silahlı etnik qrupları öz problemlərini “siyasi yolla” həll etməyə çağırıb.
Digər ölkələr
5 Dekabr , 2023 07:01
Myanma xuntasının lideri: Silahlı təşkilatlar problemləri “siyasi yolla” həll etməlidir

Myanma xuntasının lideri Min Aun Hlayn ölkə ordusuna həmlələrdə iştirak edən silahlı etnik qrupları öz problemlərini “siyasi yolla” həll etməyə çağırıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Myanmanın dövlət KİV-i məlumat yayıb.

“O xəbərdarlıq edib ki, əgər silahlı təşkilatlar özlərini ağılsız aparsalar, müvafiq bölgələrin sakinləri bundan əziyyət çəkəcək. Demək, insanların həyatını nəzərə almaq lazımdır və bu təşkilatlar öz problemlərini siyasi yolla həll etməlidirlər”, – yerli “The Global New Light of Myanmar” qeyd edib.

“Onlar yerdə pis uduzduqları üçün çıxış yolu tapmağa çalışırlar. Əgər ordu siyasətdə artıq rolunun olmamasına zəmanət versə, həqiqi dialoq olacaq; onlar seçilmiş hökumətin tabeliyində olmalıdırlar”, – paralel Milli Birlik Hökumətinin nümayəndəsi Çyau Zo deyib.

Myanma hərbçiləri 2021-ci ildə dövlət çevrilişi ilə hakimiyyəti ələ keçiriblər. Buna cavab olaraq üç etnik azlıq qüvvələrinin oktyabrın sonunda bəzi şəhərləri, o cümlədən əsas sərhəd ticarət zonalarını və hərbi postları ələ keçirərək koordinasiyalı hücuma keçib.

Paralel mülki hökumət Hlaynın çağırışını rədd edib.

Son xəbərlər

Orphus sistemi