Mumbayda binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Mumbayda binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb Hindistanın Mumbay şəhərində 100 yaşlı dördmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.
Digər ölkələr
17 İyul , 2019 10:30
Mumbayda binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb

Hindistanın Mumbay şəhərində 100 yaşlı dördmərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, 2-si uşaq olmaqla 9 nəfər xilas edilib.

Xatırladaq ki, dünən Mumbayda köhnə evlərin olduğu bölgədə bina uçub. Buna şəhərin bir çox hissəsini su altında qoyan güclü musson yağışları səbəb olub. Dar küçələr olan yerlərdən ağır texnikanın xilasetmə üçün yaxınlaşa bilməməsi vəziyyəti mürəkkəbləşdirib.

Xilasedicilər və bölgə sakinləri bütün gecəni binanın dağıntıların əlləri ilə təmizləməklə məşğul olub. İnsanlar qalıqları bir-birinə ötürərk "canlı zəncir" yaradıb. Uçma yerində işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi