Moris Pindar: Fransa Qvianası Parisin dənizaşırı departamentinə çevrilib

Moris Pindar: Fransa Qvianası Parisin dənizaşırı departamentinə çevrilib Paris Fransa Qvianasını özünün dənizaşırı ərazilər departamentinə çevirib.
Digər ölkələr
13 İyun , 2024 17:07
Moris Pindar: Fransa Qvianası Parisin dənizaşırı departamentinə çevrilib

Paris Fransa Qvianasını özünün dənizaşırı ərazilər departamentinə çevirib.

“Report” xəbər verir ki, bunu Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya naminə Hərəkatın siyasi bürosunun üzvü Moris Pindar “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrində və mətbuat konfransında deyib.

“Fransa bizi dənizaşırı departamentinə çevirib. Ona görə də bildirirlər ki, bu, artıq onların daxili işidir. Sonra bizi qeyri-muxtar ölkələr siyahısından çıxarırlar. Yenidən bu siyahıya daxil olmaq üçün beynəlxalq səviyyədə çalışırıq”, - o bildirib.

O, həmçinin Bakı Təşəbbüs Qrupuna, xüsusilə onun icraçı direktoru Abbas Abbasova dəyirmi masanın təşkilinə və XXI əsrdə müstəmləkəçilik mövzusunun gündəmə gətirilməsinə görə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi