​Monteneqro ilə NATO arasında danışıqlar başlayıb

​Monteneqro ilə NATO arasında danışıqlar başlayıb Yens Stoltenberq: "Bu qərar Qərbi Balkan regionunun avroatlantik məkana inteqrasiyası üçün vacib addımdır"
Digər ölkələr
2 Dekabr , 2015 11:56
​Monteneqro ilə NATO arasında danışıqlar başlayıb

Bakı. 2 dekabr. REPORT.AZ/ NATO-ya üzv dövlətlərin xarici işlər nazirləri Monteneqronun alyansa 29-cu üzv olması üçün danışıqlara başlanılmasına dair tarixi qərar qəbul edib.

"Report"un məlumatına görə, bu haqda baş katib Yens Stoltenberq dekabrın 2-də Brüsseldə NATO-nun baş qərargahında keçirilən xarici işlər nazirlərinin toplantısında bildirib.

Məlumata əsasən, NATO üzvlüyünə dair alyansla Monteneqro arasında danışıqlar başlayıb.

Baş katib deyib ki, Monteneqronun alyansa üzv olması ilə bağlı danışıqların başlanması NATO-nun qapılarının açıq olduğunun göstəricisidir: "Bu qərar Qərbi Balkan regionunun avroatlantik məkana inteqrasiyası üçün vacib addımdır".

Qeyd edək ki, Brüsseldə NATO-nun baş qərargahında alyansa üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçirilir. İclas bu gün başa çatacaq.

Son xəbərlər

Orphus sistemi