Yuxarı

Moldova paytaxtının sakini avtomobilini Svarovski qaşları ilə bəzəyib - VİDEO

Maşının kuzovunu bəzəməkdən ötrü o, 250 000 qaş və 6 ay vaxt sərf edib

Bakı. 19 iyul. REPORT.AZ/ Kişinyov sakini öz avtomobilini sözün əsl mənasında təkrarolunmaz edib.

"Report"un verdiyi xəbərə görə, 27 yaşlı moldovalı Viktor Danila ona məxsus olan "BMW" markalı kabrioleti Svarovski qaşları ilə bəzəyib, özü də bu işi öz əlləri ilə edib. Maşının kuzovunu bəzəməkdən ötrü o, 250 000 qaş və 6 ay vaxt sərf edib.

V.Danilanın sözlərinə görə, o, uzun müddətdir ki, öz avtomobilinin qeyri-adi olması üçün ideyalar axtarışında olub. Avtomobilin təkərlərini qaşlarla bəzəyib-bəzəməyəcəyi haqda qərara V.Danila çətinliklə gələ bilib. Moldovanın avtomobil yollarının o qədər də ürəkaçan olmaması Danilanı xeyli tərəddüd etməyə vadar edib. Lakin son anda V.Danila maşınının bütövlüklə parıldamasına üstünlük verib.

Qeyd edək ki, Kişinyov küçələrində bu qeyri-adi avtomobil hələ mayın əvvəlində peyda olmuşdu. Lakin o zaman avtomobil və onun sahibi barədə heç bir məlumat yox idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi