Yuxarı

​Misir prezidenti 6 naziri istefaya göndərib

İstefaya göndərilənlər arasında ölkənin daxili işlər naziri Məhəmməd İbrahim də var

Bakı. 5 mart. REPORT.AZ/ Misir prezidenti Əbdülfəttah əl-Sisi 6 naziri istefaya göndərib. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda Misir prezidentinin dəftərxanasının bəyanatında qeyd edilir.

İstefaya göndərilənlər arasında ölkənin daxili işlər naziri Məhəmməd İbrahim də var. Onun yerinə Məcdi Əbdulğəffar təyin edilib.

Ölkənin turizm naziri Xəşam Zaazua da vəzifəsini itirib.

Yerdəyişmələr həmçinin kənd təsərrüfatı və meliorasiya, mədəniyyət, təhsil və tərbiyə, rabitə və digər nazirliklərdə də baş verib.

Misir prezidenti həmçinin iki yeni nazirlik yaradıb, onlardan biri əhali ilə iş üzrə, digəri isə texniki təhsillə bağlı nazirliklərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi