“Ukrayna Avropa İttifaqının (Aİ) sammitində diqqət mərkəzində olacaq”
“Report” xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel təşkilata üzv ölkələrinin dövlət və hökumət başçılarına ünvanladığı dəvət məktubunda bildirib.
O qeyd edib ki, dekabrın 15-də Brüsseldə keçirilməsi planlaşdırılan Aİ sammitinin bir günlük iclas şəklində təşkil edilməsi və əsas diqqətin strateji məsələlərə yönəldilməsi planlaşdırılır.
Bundan başqa, Ş.Mişel vurğulayıb ki, bu il Aİ-nin enerji mənzərəsini radikal şəkildə dəyişib və bu vəziyyət ittifaq ölkələrinin birgə fəaliyyət göstərməsinə daha çox ehtiyac olduğunu göstərib.