Mirziyoyev Qaraqalpaqda iğtişaşlar zamanı xəsarət alanlardan danışıb

Mirziyoyev Qaraqalpaqda iğtişaşlar zamanı xəsarət alanlardan danışıb Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 1-də və 2-də Qaraqalpaq Respublikasında iğtişaşlar zamanı dinc əhali və təhlükəsizlik qüvvələri arasında xəsarət alanlar barədə məlumat verib.
Digər ölkələr
3 İyul , 2022 16:15
Mirziyoyev Qaraqalpaqda iğtişaşlar zamanı xəsarət alanlardan danışıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 1-də və 2-də Qaraqalpaq Respublikasında iğtişaşlar zamanı dinc əhali və təhlükəsizlik qüvvələri arasında xəsarət alanlar barədə məlumat verib.

"Report" xəbər verir ki, bu barədə Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov bildirib.

"Təəssüf ki, dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərərçəkənlər var", - dövlət başçısı deyib.

Mirziyoyev Qaraqalpaqda baş verən son iğtişaşları ölkənin ərazi bütövlüyünü pozmaq cəhdi adlandırıb.

“Vətəndaşların demokratik prinsiplər və hüquqi normalar əsasında öz fikir və iradəsini sərbəst ifadə etmələri üçün yaradılan şəraitə baxmayaraq, bəzi bədxah qüvvələr etiraz bəhanəsi ilə təcavüz və zorakılıq yolunu seçərək Özbəkistanda sabitliyi pozmağa çalışırlar”, - Özbəkistan Prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi