“Milton” qasırğası Meksika körfəzində 3-cü kateqoriyaya qədər zəifləyib

Digər ölkələr
  • 10 oktyabr, 2024
  • 02:47
“Milton” qasırğası Meksika körfəzində 3-cü kateqoriyaya qədər zəifləyib

Meksika körfəzindəki “Milton” qasırğası Saffir-Simpson şkalası üzrə üçüncü kateqoriyaya qədər zəifləyib.

"Report"un xəbərinə görə, bu barədə ABŞ-nin Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Hazırda qasırğa ABŞ-nin Florida ştatının Sarasota şəhərindən təxminən 100 km cənub-qərbdədir və 28 km/saat sürətlə şimal-şərqə doğru irəliləyir. Onun hüdudları daxilində küləyin maksimal sürəti 54 m/s-ə çatır.

Son xəbərlər

Bütün Xəbər Lenti