Mexikoda qaz partlayışı nəticəsində 20-dən çox adam yaralanıb

Digər ölkələr
  • 16 avqust, 2021
  • 17:45
Mexikoda qaz partlayışı nəticəsində 20-dən çox adam yaralanıb

Meksikanın paytaxtı Mexiko şəhərində bir yaşayış binasında baş verən qaz partlayışı nəticəsində azı 22 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meriyası məlumat verib.

Partlayışda xəsarət alan 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda partlayış yerində təcili xidmətlər işləyir. Ölənlər barədə məlumat verilməyib.

44 - Tezliklə