Merkel: "Yunanıstanla razılaşma AB sammitindən əvvəl əldə olunmalıdır"

Merkel: "Yunanıstanla razılaşma AB sammitindən əvvəl əldə olunmalıdır" Yunanıstanın ümumi borcu 323 milyard avroya yaxındır
Digər ölkələr
20 İyun , 2015 18:02
Merkel: Yunanıstanla razılaşma AB sammitindən əvvəl əldə olunmalıdır

Bakı. 20 iyun. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel bəyan edib ki, bazar ertəsi keçiriləcək Avropa Birliyinin fövqəladə sammitindən əvvəl Yunanıstan və kreditorlar arasında razılaşmaya nail olmaq lazımdır. "Report" BBC-yə istinadən xəbər verir ki, Merkel əks təqdirdə sammitin heç bir qərar çıxara bilməyəcəyini deyib.

Qeyd edək ki, Yunanıstan iki həftə ərzində Beynəlxalq Valyuta Fondunun (BFV) 1.6 milyard avro həcmində krediti üzrə ödəniş barədə razılığa gələ bilməsə, defoltla üzləşə bilər.

Ötən həftə ərzində Yunanıstan bank hesablarından 4 milyard avronun çəkilməsi barədə xəbərlər maliyyə sisteminin sabitliyi ilə bağlı narahatlıqlara zəmin yaradıb.

Cümə günü Avropa Mərkəzi Bankı Yunanıstan banklarına əlavə yardım fondunu təsdiqləyib. Hərçənd ki, onun həcmi barədə rəsmi məlumat verilmir.

Yunanıstanın ümumi borcu 323 milyard avroya yaxındır.

Son xəbərlər

Orphus sistemi