Meksikada təyyarə qəzaya uğrayıb - VİDEO

Digər ölkələr
  • 13 may, 2019
  • 19:58
Meksikada təyyarə qəzaya uğrayıb - VİDEO

Bazar ertəsi Meksikanın Kintana-Roo ştatında "Cessna" markalı yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Televisa" telekanalı məlumat yayıb.

Hava gəmisinin göyərtəsində 2 nəfər olub və onlar qəza nəticəsində ölüblər.

Təyyarə Playya-del-Karmen şəhərindən Kankuna uçurmuş, lakin uçuşdan bir qədər sonra Oton-Blpnko bələdiyyəsində yerə düşüb.

İlkin məlumatlara görə, faciəyə uçuş zamanı yaranmış nasazlıq səbəb olub.