Meksikanın şimalındakı Sonora ştatında bir klubda törədilən yanğın nəticəsində 11 nəfər həlak olub, xəsarət alanlar var.
"Report" xəbər verir ki, bu barədə Sonora Prokurorluğu tviterdə məlumat yayıb.
Hadisə zamanı xəsarət alan 4 nəfər hazırda yerli xəstəxanadadır.
Sonora Ştat Prokurorluğu barı qəsdən yandıran şəxsin müəyyən edilərək tutulması istiqamətində araşdırmalar aparır.
İlkin məlumata görə, həddindən artıq sərxoş vəziyyətdə olan şəxs müəssisənin qapısına yanar əşya atıb.