Meksikada jurnalist küçədə döyülərək öldürülüb

Digər ölkələr
  • 29 may, 2018
  • 22:50
Meksikada jurnalist küçədə döyülərək öldürülüb

Bakı. 30 may. REPORT.AZ/ Meksikanın Südad-Viktoriya şəhərində jurnalist Ektor Qonsales Antonio döyülərək öldürülüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tamaulipas ştatının Baş Prokurorluğu məlumat yayıb.

İdarənin məlumatına görə, "Imagen" media qrupunun jurnalisti küçədə qətlə yetirilib, ona öldürücü zərbələr vurulub. Hökumət faciə ilə bağlı araşdırmalara başlayıb.

44 filmi