Meksikada iki yük qatarının toqquşması nəticəsində 7 nəfər yaralanıb

Digər ölkələr
  • 20 may, 2018
  • 11:38
Meksikada iki yük qatarının toqquşması nəticəsində 7 nəfər yaralanıb

Bakı. 20 may. REPORT.AZ/ Şənbə günü Meksikanın Verakrus ştatında iki yük qatarının toqquşması nəticəsində azı 7 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, qatarlardan birini qarət etmək istəyən cani onun əyləc sistemini sıradan çıxarıb və bu da nəticədə qəzaya səbəb olub.

Ölkənin Nəqliyyat Nazirliyi hadisənin araşdırılması üçün komissiya yaradıb.