Yuxarı

Meksikada bələdiyyə administrasiyasının başçısı və mühafizəçiləri güllələnib

Silahlı cinayətkarların hücumunun qarşısını almağa çalışan iki polis əməkdaşı yaralanıb

Bakı. 22 aprel. REPORT.AZ/ Meksikanın Mexiko ştatının Xilotçinqo bələdiyyəsinin rəhbəri Xuan Antonio Sauseda və onun iki mühafizəçisi öldürülüb. "Report" xəbər verir ki, yerli hakimiyyət orqanları məmurun və mühafizəçilərinin ştatlardan birində silahlı dəstənin hücumuna məruz qaldığını bildiriblər.

Silahlı cinayətkarların hücumunun qarşısını almağa çalışan iki polis əməkdaşı yaralanıb.

Hələlik cinayət hadisəsinin motivi məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. 

Qeyd edək ki, Mexiko ölkənin ən təhlükəli ştatına çevrilib. Rəsmi məlumatlara görə, təkcə yanvar və fevral aylarında burada 352 qətl hadisəsi törədilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi