Meksika prezidenti üçüncü dəfə koronavirusa yoluxub
Digər ölkələr
- 24 aprel, 2023
- 04:09
Meksika prezidenti Andres Manuel Lopez Obrador yenidən koronavirusa yoluxduğunu, lakin özünü yaxşı hiss etdiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə o tviterdə yazıb.
“Mənim COVID-19 üçün verdiyim test müsbət olub. Ağır deyiləm. Ürəyim 100% işləyir” - deyə o, vurğulayıb.
Meksika prezidenti Yukatan ştatına səfərini təxirə salmaq məcburiyyətində qaldığını və yaxın günlərdə ənənəvi səhər mətbuat konfransları keçirməyəcəyini də bildirib.
69 yaşlı prezident artıq üçüncü dəfədir ki, koronavirusa yoluxur. O, ilk dəfə 2021-ci ilin yanvarında koronavirusa yoluxub. 2022-ci ilin yanvarında o vaxta qədər üç dəfə peyvənd olunmuş Lopez Obrador yenidən xəstələndiyini bildirib.
Son xəbərlər
15:37
Video
"Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqları məhv edilib
Hərbi15:35
Brüssel Vaşinqtonun Avropaya dizel ixracını məhdudlaşdırmaq planlarından narahatdır
Digər ölkələr15:34
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44 % olacaq"
Maliyyə15:32
Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb
Maliyyə15:30
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Futbol15:29
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək
Maliyyə15:23
Azərbaycanın Zəfəri regionda yeni siyasi və təhlükəsizlik reallığı formalaşdırdı - RƏY
Daxili siyasət15:22
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
İnfrastruktur15:19