Meksika həbsxanasında silahlı qiyam baş verib, yeddi nəfər ölüb
Digər ölkələr
- 20 dekabr, 2024
- 06:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Meksikanın cənubundakı həbsxanada iki məhbusun köçürülməsi zamanı qiyam baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, digər məhbuslar iki məhkumun başqa həbsxanaya köçürülməsinə qarşı çıxıblar. Onlar mebel və zibili yandırıb, daha sonra həbsxana əməkdaşlarına atəş açıblar. Hadisə nəticəsində yeddi nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb. Yaralananlar arasında dörd polis əməkdaşı olub.
Məhbuslarla polis arasında toqquşmalar bir neçə saat davam edib. Əməliyyat nəticəsində polis məhbuslardan bir tüfəng, beş tapança, qumbara,14 bıçaq, həmçinin əldəqayrılma silahlar, patronlar, mobil telefonlar və s. müsadirə edib.
Son xəbərlər
11:28
UEFA Çempionlar Liqası: "Sabah"ın qapıçısının qurtarışı ən yaxşılar sırasına düşüb
Futbol
11:28
Dövlət Agentliyi: 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb
Biznes
11:28
Bu il 900 minə yaxın vətəndaş DOST mərkəzlərinə müraciət edib
Digər
11:27
DOST Mərkəzinin beş milyonuncu müraciətçisi: Çox xoşbəxtəm
Daxili siyasət
11:26
BŞİH: Səbaildəki tarixi binanın qanunsuz dəyişdirilən giriş qapısı bərpa edilib
Daxili siyasət
11:22
Budris: Litva Azərbaycanla parlament əlaqələrinin möhkəmləndirilməsini alqışlayır
Milli Məclis
11:10
Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi"
Futbol
11:06
ABŞ-nin Bakıdakı səfirliyi Şükran Günü ilə əlaqədar iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
10:55
Dünya Bankı Özbəkistana 800 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib
Maliyyə