Meksika həbsxanasında qiyam nəticəsində 7 polis ölüb

Digər ölkələr
  • 02 aprel, 2018
  • 00:45
Meksika həbsxanasında qiyam nəticəsində 7 polis ölüb

Bakı. 2 aprel. REPORT.AZ/ Meksikanın Verakrus ştatında yerləşən "La Toma" həbsxanasında dustaqların qiyamı nəticəsində 7 polis əməkdaşı həyatını itirib.

“Report” "Universal" nəşrinə istinadən xəbər verir ki, təhlükəsizlik xidmətinin əməkdaşları şənbə günü mühafizə rəisinin istefası tələbi ilə qiyam qaldırılan həbsxanada vəziyyəti nizama salmağa çalışıblar.

Xarrat alətləri ilə silahlanan məhbuslar isə asayiş keşikçilərinə müqavimət göstəriblər və bir neçə döşəyə od vurublar.

Nəşr yazır ki, polis əməkdaşları tüstüdən boğula bilərlər. Hazırda faktla bağlı araşdırma aparılır.

Təhlükəsizlik qüvvələri bazar günü səhər saat 6 radələrində qiyamı yatıra biliblər.