Martin Qriffits: "Taliban"ın əfqan qadınlarına qoyduğu qadağalardan çox narahatıq"

Martin Qriffits: "Taliban"ın əfqan qadınlarına qoyduğu qadağalardan çox narahatıq" "Taliban" hakimiyyəti tərəfindən təlimatlar hazırlanır və qadınların humanitar əməliyyatlarda fəaliyyət göstərməsinin təmin edəcəyi gözlənilir".
Digər ölkələr
1 Fevral , 2023 04:16
Martin Qriffits: Talibanın əfqan qadınlarına qoyduğu qadağalardan çox narahatıq

"Taliban" hakimiyyəti tərəfindən təlimatlar hazırlanır və qadınların humanitar əməliyyatlarda fəaliyyət göstərməsinin təmin edəcəyi gözlənilir".

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Əfqanıstandan səfərdən dönən BMT-nin xüsusi nümayəndəsi Martin Qriffits təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bölgədəki humanitar vəziyyət barədə danışan M.Qriffits bildirib ki, BMT-nin Əfqanıstan üçün başlatdığı 4,6 milyard dollarlıq yardım kampaniyası dünyada indiyə qədər həyata keçirilən ən böyük humanitar yardım proqramıdır.

BMT rəsmisi Taliban hakimiyyətinin əfqan qadınlara qarşı tətbiq etdiyi məhdudiyyətlərin, qadınların işləmək və təhsil hüquqlarının əllərindən alınmasının qəbuledilməz olduğunu deyib: "Ötən həftə Kabildə üç-dörd gün keçirdim və "Taliban" hakimiyyəti ilə də görüşlərimiz oldu. "Taliban"ın əfqan qadınlarına qoyduğu qadağalardan narahatlığımızı dilə gətirdik və biz qadağaya qarşı olduğumuzu bildirdik. Xüsusi ilə humanitar yardım proqramlarında çalışan qadınların olması həm praktik, həm də hüquq məsələsidir. İstənilən humanitar yardım proqramında, o cümlədən Əfqanıstanda ən həssas əhali qadınlar və qızlardır. Bizə qadınlar lazımdır ki, onlarla işləyə bilsinlər. İndi yalnız kişilər bu işlə məşğul olur, amma bacarmırlar, işləyə bilmirlər. Məsələn, qida paylanmasında ən həssas təbəqələrə necə çata biləcəyini ən yaxşı qadınlar başa düşür. Bizə dedilər ki, "Taliban" hakimiyyəti tərəfindən guya təlimatlar hazırlanır və qadınların humanitar əməliyyatlarda fəaliyyət göstərməsinin rolu təmin ediləcək. Bölgədə əfqan qadınlar və qızlar üçün ədalət bərqərar olana qədər BMT Əfqanıstan üçün beynəlxalq miqyasda müdafiəni davam etdirəcəkdir".

Son xəbərlər

Orphus sistemi