Marin Le Pen ilk dəfə Fransa parlamentinin tərkibinə daxil olub

Marin Le Pen ilk dəfə Fransa parlamentinin tərkibinə daxil olub Onun partiyası 4-6 mandat əldə edib
Digər ölkələr
19 İyun , 2017 02:04
Marin Le Pen ilk dəfə Fransa parlamentinin tərkibinə daxil olub
Courtesy İmage

Bakı. 19 iyun. REPORT.AZ/ "Milli cəbhə" partiyasının rəhbəri Marin Le Pen ilk dəfə olaraq Fransa parlamentinin Aşağı palatasının tərkibinə daxil olub.

"Report" xəbər verir ki, Milli Məclisə keçirilən seçkilərin II turundan sonra Le Pen ölkənin şimal-qərbindənki seçki dairəsində təqribən 59 faiz səs toplayıb.

İlkin məlumatlara əsasən, "Milli Cəbhə" Milli Məclisdə 4-dən 6-ya qədər mandat əldə edə bilər. Bu partiya üzvlərinə parlamentin Aşağı palatasında öz fraksiyasını yaratmaq imkanı verməyəcək, çünki bunun üçün ən azı 15 mandat lazımdır.

Son xəbərlər

Orphus sistemi