“Mançester Yunayted” qalmaqallı müsahibəyə görə Ronaldunu cəzalandıracaq

“Mançester Yunayted” qalmaqallı müsahibəyə görə Ronaldunu cəzalandıracaq İngiltərə Premyer Liqasının (APL) klubu "Mançester Yunayted" portuqaliyalı hücumçu Kriştiano Ronaldonu jurnalist Piers Morqanla müsahibəyə görə cəzalandıracaq.
Digər ölkələr
15 Noyabr , 2022 01:15
“Mançester Yunayted” qalmaqallı müsahibəyə görə Ronaldunu cəzalandıracaq

İngiltərə Premyer Liqasının (APL) klubu "Mançester Yunayted" portuqaliyalı hücumçu Kriştiano Ronaldunu jurnalist Piers Morqanla müsahibəyə görə cəzalandıracaq.

“Report” xəbər verir ki, bu barədə “Metro” nəşri yazıb.

Qeyd olunub ki, klub Ronaldunu 1 milyon funt sterlinq cərimə ödəməyə məcbur edəcək.

Portuqaliyalı futbolçu Morqana müsahibəsində “Mançester Yunayted”in xəyanətindən, həmçinin komandanın baş məşqçisi Erik ten Haqa hörmətsizlikdən danışıb. Ronaldu “Mançester Yunayted”i sevdiyini, lakin klubdan getməyə hazır olduğunu bildirib.

“Pikassonun dediyi kimi, bərpa etmək üçün məhv etmək lazımdır. Və mənimlə başlasalar, mənim üçün problem deyil. Mən “Mançester Yunayted”i sevirəm, azarkeşləri sevirəm, onlar həmişə mənim tərəfimdədirlər”-deyə, o bildirib.

Son xəbərlər

Orphus sistemi