Malidə yaraqlılar üç ayda bir kəndin 100-ə yaxın sakinini öldürüblər
Digər ölkələr
- 22 iyul, 2024
- 19:15
Malidə terrorçular ölkənin mərkəzi hissəsindəki Mopti bölgəsində yerləşən Bankasse bölgəsindəki kəndə hücum edərək 26 dinc sakini öldürüb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, silahlı yaraqlılar kəndlilərə tarlalarda işləyərkən hücum ediblər. Silahlıların hücumu xəbərindən sonra hökumət ordusunun bölmələri kəndə gəlib.
Terrorçular eyni kəndə iyulun əvvəlində hücum edərək 40-a yaxın, mayın sonunda isə 20-dən çox dinc sakini qətlə yetiriblər.
Mali hakimiyyəti ilə ekstremist və separatçı qruplar arasında silahlı münaqişə 2012-ci ildə başlayıb. O vaxtdan bəri ölkədə təhlükəsizlik və sosial-iqtisadi inkişaf sahəsində böhranlı vəziyyət hökm sürür.
Son xəbərlər
15:23
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qaliblərinin adına aydınlıq gəlib
Fərdi15:19
FIFA Hakimlər Komitəsi DÇ-2026 öncəsi hakim siyahısında dəyişiklik edib
Futbol15:15
Foto
Aqil Qurbanov "SAHA 2026"da xarici şirkət rəhbərləri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib
Hərbi15:14
Bəxtiyar Aslanbəyli: "Şəfəq-Asiman" blokunda qazma işlərinə hazırlıqlar aparılır"
Energetika15:12
Foto
"Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın "Məzun günü" keçirilib
Biznes15:09
Zelenski Trampın xüsusi elçilərinin Kiyevə səfərinin vaxtını açıqlayıb
Digər ölkələr15:08
Ərdoğan "SAHA 2026" sərgisini ziyarət edib
Hərbi15:07
Gürcüstan və ABŞ münasibətlərinin gələcəyi müzakirə edilib
Region15:03