​Malidə hökumət qüvvələri ilə müqavimət hərəkatı üzvləri arasında baş vermiş atışmada 6 nəfər ölüb

Digər ölkələr
  • 30 iyul, 2016
  • 22:40
​Malidə hökumət qüvvələri ilə müqavimət hərəkatı üzvləri arasında baş vermiş atışmada 6 nəfər ölüb

Bakı. 31 iyul. REPORT.AZ/ Malinin şimal-şərqində hökumət qüvvələri ilə müqavimət hərəkatının silahlıları arasında baş vermiş silahlı toqquşmada 6 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər yayıb.

Məlumata görə, toqquşma ölkənin şimal-şərqindəki Edjerere yaşayış məntəqəsində baş verib. Ölənlərin müqavimət hərəkatının üzvləri olduğu bildirilir.

Digər məlumatda isə bildirilir ki, Qosi şəhərində partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 hərbçi ölüb, 3 nəfər yaralanıb.