Maldiv adalarında Ali Məhkəmənin hakimləri həbs olunublar

Maldiv adalarında Ali Məhkəmənin hakimləri həbs olunublar Bakı. 6 fevral. REPORT.AZ/ Maldiv adalarında dərinləşən siyasi böhran fonunda polis ölkənin Ali Məhkəməsinin iki hakimini həbs edib.
Digər ölkələr
6 Fevral , 2018 11:12
Maldiv adalarında Ali Məhkəmənin hakimləri həbs olunublar
Reuters

Bakı. 6 fevral. REPORT.AZ/ Maldiv adalarında dərinləşən siyasi böhran fonunda polis ölkənin Ali Məhkəməsinin iki hakimini həbs edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, həbs olunanlar Abdulla Səid və Əli Həmiddir.

Daha əvvəl Maldiv adalarının Prezidenti Abdulla Yaminin ölkədə fövqəladə vəziyyət elan etdiyi barədə məlumat yayılıb.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət hökumətin Ali Məhkəmənin həbsdə olan 9 müxalifət liderini azad etmək qərarına riayət etməkdən imtinasından sonra elan olunub.

Son xəbərlər

Orphus sistemi