Malayziya monarxı 65 yaşlı İbrahim İsgəndər kral andı içib.
“Report” xəbər verir ki, andiçmə mərasimində kral ailələri, baş nazir Ənvər İbrahim və Nazirlər Kabineti üzvləri iştirak ediblər.
Andiçmədən sonra tacqoyma mərasimi keçirilib.
Məlumata görə, Malayziya kralının səlahiyyət müddəti başa çatdıqdan sonra toplanan hökumət şurası öz aralarında verdikləri qərara əsasən, Malayziyanın yeni kralını seçir.
Qanuna əsasən, Malayziya Krallığı Qubernatorlar Konfransının üzvü olan 9 bölgə arasından növbə ilə müəyyən edilir. Növbəsi çatan isə yetkinlik yaşına çatmaması, konfrans üzvlərindən razılıq almaması, taxta çıxmaq istəməməsi kimi müstəsna hallarda ölkənin kralı ola bilməz. Malayziyanın yeni kralı hökumət şurası tərəfindən müəyyən edilir, səs çoxluğu ilə seçilir.
Bildirilib ki, 2023-cü ilin oktyabrında şura sultan İbrahim İsgəndəri yeni kral seçib.