Lüksemburq və İslandiya Ukrayna ordusunda rabitəni yaxşılaşdırmaq üçün avadanlıq bağışlayıblar

Lüksemburq və İslandiya Ukrayna ordusunda rabitəni yaxşılaşdırmaq üçün avadanlıq bağışlayıblar Ukrayna İT koalisiyasından təxminən 2 milyon avro dəyərində avadanlıq alıb. Ukrayna Silahlı Qüvvələrinə yardımı Lüksemburq və İslandiya maliyyələşdirib.
Digər ölkələr
22 aprel 2025 01:49
Lüksemburq və İslandiya Ukrayna ordusunda rabitəni yaxşılaşdırmaq üçün avadanlıq bağışlayıblar

Ukrayna İT koalisiyasından təxminən 2 milyon avro dəyərində avadanlıq alıb. Ukrayna Silahlı Qüvvələrinə yardımı Lüksemburq və İslandiya maliyyələşdirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Yardım paketinə müxtəlif modellərdə 3 288 giriş nöqtəsi, 500 marşrutlaşdırıcı, günəş panelləri olan 460 enerji doldurma stansiyası və 872 telefon daxildir.

"Qoşunlarımızın texnoloji dayanıqlığını gücləndirdiyinə görə İT koalisiya ölkələrinə təşəkkür edirik. Bu avadanlıqla biz döyüş təmas xəttində çox vacib olan Ukrayna Silahlı Qüvvələrində yüksək keyfiyyətli və etibarlı rabitə imkanlarını artıracağıq", – Ukrayna müdafiə nazirinin rəqəmsallaşma üzrə müavini Katerına Çernohorenko bildirib.

Qeyd olunub ki, bu, artıq 2025-ci ildə koalisiyadan üçüncü çatdırılmadır. Bu ilin yanvarında təşəbbüs çərçivəsində Estoniya, Niderland və Lüksemburq Ukraynaya 3,3 milyon avro, fevralda isə 7,5 milyon avro dəyərində avadanlıq köçürüb.

Orphus sistemi