Lukaşenko: ŞƏT Avrasiyada sabitliyin əsas dayaqlarından biridir
- 01 sentyabr, 2026
- 09:44
Belarus Prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) Avrasiyada sabitliyin ən mühüm dayaqlarından biri hesab edir.
"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı Bişkekdə ŞƏT ölkələrinin Dövlət Başçıları Şurasının iclasında bildirib.
"Müasir dünyada sabitlik - yaranan maneələrə baxmayaraq tarazlığı qoruyub saxlamaq bacarığıdır. Bu, yalnız etibarlı dayaqlar olduqda mümkündür. Bu gün ŞƏT onlardan biridir", - A.Lukaşenko bildirib.
Onun sözlərinə görə, qlobal münaqişələrin artdığı bir şəraitdə formalaşmaqda olan çoxqütblü dünya nizamının Avrasiya mərkəzi kimi ŞƏT-in imicini möhkəmləndirmək və əməldə təsdiqləmək, fəaliyyətin əsas istiqamətlərinin hər biri üzrə təşkilatın özünün birliyini təmin etmək vacibdir: "Biz ŞƏT-in gələcəyinin strateji konturlarını cızmalı, onun fəaliyyətində yeni mərhələ açmalıyıq".