​London polisi şəhərin mərkəzində sahibsiz avtomobili partladıb

​London polisi şəhərin mərkəzində sahibsiz avtomobili partladıb Əhali yaxınlıqdakı metro stansiyasından təxliyə edilib
Digər ölkələr
20 Noyabr , 2015 05:12
​London polisi şəhərin mərkəzində sahibsiz avtomobili partladıb

Bakı. 20 noyabr. REPORT.AZ/ London polisi cümə axşamı şəhərin mərkəzində yerləşən Beyker-strit küçəsində naməlum şəxslər tərəfindən atılmış avtomobili partladaraq zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

"Beyker-strit küçəsində atılmış avtomobil aşkar olundu və onun yoxlama partlayışı həyata keçirildi. Heç bir cinayət istintaqı tələb olunmur", - deyə agentlik polis nümayəndəsinin sözlərini sitat gətirib.

Məlumata görə, əhali yaxınlıqda olan metro stansiyasından təxliyə edilib.

Son xəbərlər

Orphus sistemi