Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe istefa verib.
“Report” xəbər verir ki, bu barədə hökumətin yaydığı bəyanatda deyilir.
“Ölkənin keçdiyi bu çətin şəraitdə, ixtilaf, daxili və xarici qüvvələrin sui-qəsdləri, tüğyan edən silahlı qruplaşmalar şəraitində Əbdülhəmid Dibeybe istefa vermək qərarına gəlib. Qərar ölkədəki vəziyyətin hərtərəfli öyrənilməsindən sonra liviyalıların mənafeyinə və ölkənin ali milli maraqlarına uyğun olaraq, o cümlədən ştatda və xüsusilə paytaxtda qan tökülməsinin qarşısını almaq məqsədilə qəbul edilib”, - məlumatda bildirilir.
Xatırladaq ki, fevralın 10-da Liviyanın Baş nazirinin avtomobili Tripolidə atəşə tutulub. Dibeybenin avtomobilinin atəşə tutulması parlamentdə Baş nazirin yenidən seçilməsi ilə bağlı iclas ərəfəsində baş verib.