Bakı. 14 mart. REPORT.AZ/ BMT-nin təşəddüsü ilə bu ilin əvvəlində Cenevrədə bir araya gələn Liviyadakı qarşıdurma tərəfləri danışıqlar prosesini martın 19-da öz ölkələrində davam etdirməyə dair razılığa gəliblər.
"Report"-un Rosbalt-a istinadən verdiyi xəbərə görə, BMT nümayəndələri diyaloq prosesini liviyalılar üçün sabitliyi bərqərar etmək istiqamətində son şans kimi qiymətləndiriblər.
Danışıqlarda döyüşlərin dayandırılması, milli hökumətin təsisi və ölkənin yeni konstitusiyasının qəbul edilməsi kimi məsələlər müzakirə obyekti olacaq.